Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edib.

BAKU.WS xəbər verir ki, TBMM sədri çıxışı zamanı Ermənistanın qlobal bir problemə çevrildiyini bildirib.

O daha sonra qeyd edib ki, Azərbaycanın sivil vətəndaşlarını hədəfə alan Ermənistanın hücumları hərbi cinayətdir:

“Bütün dünyadan soruşmaq lazımdır. Bu hücumları mühakimə etməyib də, nəyi mühakimə edəcəksiniz? Nəyi lənətləyəcəksiniz? Karsınız, korsunuz, ya lalsınız? Siz bu həqiqətdən qaça bilməzsiniz. Ermənistan qlobal bir problemə çevrilib”.