Xəbər verdiyimiz kimi sentyabrın 29-u səhər saatlarından etibarən düşmən cəbhənin müxtəlif istiqamətlərində ordumuzun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başlanılıb.

“Yeni Müsavat” Media Qrupunun Füzuli rayonuna ezam olunan reportyorları xəbər verir ki, ordumuz bu istiqamətdə əks-hücum əməliyyatlarına davam edir.

Gecə boyu ordumuz ağır artilleriyadan düşmən mövqelərini hədəf alıb. Qısamüddətli fasilələr olsa da, ordumuz əks-hücum əməliyyatlarına ara verməyib.

Bu gün səhər saat 07:00 radələrindən etibarən ermənilər Füzuli rayonu istiqamətində olan kəndləri, fərdi yaşayış evlərini atəşə tutmağa başlayıb.