Kirayəçilərinə, yolda qalan insanlara və öz qızlarına işgəncə verən, evlərini əxlaqsızlıq yuvasına çevirən, 15 qadını öldürən, qatil cütlük …

Musavat.com İngiltərədə yaşamış və dəhşətli cinayətlərə imza atan Rozamari və Fred Vest cütlüyü haqqında qorxunc faktları təqdim edir:

Rozamari Lets çox ağır bir uşaqlıq keçirib. Belə ki, onun atası ruhi xəstə olub. Anası isə Rozamarini dünyaya gətirəndən sonra ağır depressiya keçirib.

Erkən yaşda fahişəliyə başlayan Rozamari dəfələrlə təcavüzə məruz qalıb.

Babası şizofren olan ve annesi onu doğurduktan sonra depresyona girip kliniğe yatan Rosemary Letts mutsuz bir çocukluk geçirdi.

Sadomazoxizmə meylli olan Fred Vest ilə tanış olan Rozamari bir müddət sonra onunla birlikdə yaşamağa başlayıb.

Fredin keçmiş arvadından olan iki qızı və Rozamarinin öz qızı da onlarla birlikdə yaşayıblar. Cütlük evdəki uşaqlara dəhşətli işgəncələr veriblər.

Sado-mazoşist eğilimleri olan Fred West fahişe olan eşi ve çocuğuyla birlikte bir karavanda yaşıyordu.

1971-ci ildə cütlük Fredin ilk həyat yoldaşı Renanı və onun iki qızını öldürüb. Aldıqları yeni evi əxlaqsızlıq yuvasına çevirən cütlük, oradakı qadınlara da ağlasığmaz işgəncələr veriblər. Otaqlara bağlanıb ac və susuz qalan qadınlar, günlərlə təcavüzə uğrayıblar. Öldürdükləri qurbanları isə yaşadıqları evin zirzəmisində basdırıblar.

Birbirlerini görür görmez aşık oldular, dehşete eğilimlerini keşfettiler ve birlikte yaşamaya başladılar.

Cütlüyün cinayət əməlləri onların 16 yaşlı qızları yoxa çıxdıqdan sonra məlum olub. 1994-cü ildə həbs edilən cütlüyün dəhşətli əməlləri mətbuatda geniş yer alıb. Onların ən dəhşətli əməllərindən biri 8 aylıq hamilə qadının qarnını yarıb, uşağı çıxarmaq olub.
Məhkəmə prosesi gedən ərəfədə Fred həbsxanada qaldığı kamerada özünü asıb. Rozamari isə ömürlük həbscəzasına məhkum edilib.

Son ana qədər günahsız olduğunu iddia edən Rozamarinin məhkəmədəki son sözləri isə bu cür olub: “Mənim üçün dəyərli olan yeganə şey həyatımdır onu da, sənə qurban verirəm.”

Ve ilk cinayetlerini 1971’de işlediler: Fred’in ilk eşi Rena’yı öldürdükten sonra kızları Anne Marie ile Charmaine’yi kurban ettiler.

Bu cütlüyün cinayət əməlləri araşdırılan zaman Fred Vestin ilk həyat yoldaşı və qızları da daxil olmaqla, ümumilikdə 15 qadın cəsədi tapılır. Həmin cəsədlər təcavüzə uğramış, təmir alətləri ilə işgəncə verilərək başları və bədənləri kəsilmiş halda idi.

Turan Oruc
Musavat.com

Lynda Gough, Carol Cooper, Lucy Partington, Therese Siegenthaler, Shirley Hubbard, Juanita Mott, Shirley Robertson, Alison Chambers ve diğerleri…

Kurbanlarının cesetlerini bir daire şeklinde gömdüler ve 16 yaşındaki kızları Heather kaybolduğunda her şey ortaya çıktı.

Evlerinde yaşayan kiracılara, yoldan aldıkları otostopçulara ve kendi kızlarına tecavüz ettiler.