“Daha böyük görünməyim üçün çox təzyiqlərə məruz qalmışam. Seksual geyimlər geyinməyə, çılpaqlığa vadar edildim”.

BAKU.WS-in məlumatına görə, bunu uzun müddətli fasilədən sonra “Rere” adlı yeni albomu ilə musiqi dünyasına geri qayıdan gənc nəslin ən məşhur nümayəndəsi Selena Qomez deyib.

8 yaşında şou aləminə addım atan Qomez həyatı ilə bağlı şoka salan etiraflar etdikdən sonra izləyicilərindən ona dəstək mesajı yağıb. İfaçı şəxsi həyatı ilə bağlı da etiraflar edib:

“Bütün keçmiş sevgililərim dəli olduğumu düşünürlər, amma onları vecimə də almıram. Bəzi günlər yuxudan oyananda və əsəbi olanda sonsuza qədər yalnız qalacaqmış kimi hiss edirəm”.