“Sağ olun, salamat qalın, ehtiyatlı olun, canınıza, başınıza fikir verin. Əsas can-başdır”.

Bunlar ötən ay Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş Elçin Mustafazadənin ölümündən əvvəl sonuncu beş saniyəlik səs yazısında yer alan sözlərdir.

Elçinin anası Mahirə Mustafayeva deyir ki, oğlu Vətəni qorumağı, onun and yeri olan bayrağı bəy libasından üstün tutdu:

“Bura Elçinin bəy otağıdır. Bu otağı Elçin məzuniyyətə çıxanda özü öz əlləri ilə düzəldib. Toya hazırlaşırdıq. Bir neçə gün əvvəl nişanlısı yuxuda görüb ki, Elçin ona mesaj yazıb ki, Məleykə, biz ayrılırıq, mən şəhid olacağam. Mən şəhid olsam, başını uca tutarsan”.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən şəhid olan əsgər Mustafayev Elçin Arif oğlu iyulun 15-də Ağstafa rayonu Həsənsu kəndində dəfn edilib.

Daha ətraflı Azərbaycan Televiziyasının hazırladığı süjetdə izləyə bilərsiniz: