ABŞ-ın “SpaceX” şirkətinin “Crew Dragon” kosmik gəmisi ilə kosmoso göndərdiyi NASA-nın astronavtları geri qayıdıblar.

“HaberGlobal” xəbər verir ki, Bob Benken və Doq Hurli mayın 30-da “Falcon 9” gəmisi ilə kosmosa yola salınmışdı.

Astronavtlar 19 saatlıq uçuşdan sonra Atlantik okeanın Florida sahillərində uğurlu eniş ediblər.

Eniş Bakı vaxtı ilə 22:48-də yekunlaşıb.