Azərbaycanda daha bir tanınmış şəxs, elm xadimi COVID-19-dan dünyasını dəyişib.

“Report”un məlumatına görə, bu barədə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Tamam Cəfərova bildirib.

“Şamaxı ziyalısı, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru Ömərov Sahib Xancan oğlu koronavirus pandemiyası səbəbilə vəfat edib. Mərhuma Allahdan rəhmət, bütün şamaxılılara və Ömərovlar ailəsinə səbr diləyirəm”, – deyə o qeyd edib.