Bakıda 2 uşaq anası it kimi zəncirə vuruldu - DƏHŞƏTLİ ETİRAFLAR - VİDEO

36 yaşlı qadın həyat yoldaşı tərəfindən övladları ilə birlikdə işgəncələrə məruz qalıb. Bir neçə dəfə həbsdə olan həyat yoldaşı onu zəncirə vurub, övladları ilə şantaj edib. Zorakılıq qurbanı olan qadın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.

Medianews.az Xəzər TV-yə istinadla xəbər verir ki, əzabın izləri təkcə bədənində deyil. Ruhu zülüm görüb bu qadının. Baxışları sönüb, gülməyi unudub. 36 yaşında iki övladı ilə sanki cəhənnəmi görüb qayıdıb. Qoşulub qaçdığı həyat yoldaşı tərəfindən işgəncələrə məruz qalıb. Döyülüb, söyülüb, hətta həyətdəki itin yerinə zəncirə vurulub. Dözüb… Səbəbini özü də bilmir. Niyə döyüldüyünü bilmədiyi kimi…

O, qızını dünyaya gətirmək istəməyib. Amma valideynləri ona mane olublar. “Övladı Allah verib, ona toxunma” deyərək bütün müalicələrini üzərlərinə götürüblər. Həyat yoldaşı həbsdə olanda səkkiz il arxasınca həbsxanaya gedib gəlib, uşaqlarını böyüdüb. Və ümid edib ki, yoldaşı həbsdən qayıdanda hər şey düzələcək. Çünki həyat yoldaşı ona söz verib…

Bir axşam uşaqlarından biri əgər o evdən getməsələr özünü həyətdəki quyuya atıb öldürəcəyini deyir. İşgəncə də elə həmin axşam başa çatır. 102 qaynar xəttinə edilən zənglə xanımı polis əməkdaşları evdən çıxarıb. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilib.