Türkiyədə koronavirusdan müalicə alan ilahiyyatçı, yazıçı və aparıcı Ömər Döngeloğlu COVID-q19 vrirusundan həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Başakşehir xəstəxanasında müalicə alan 52 yaşlı yazıçının həyatını xilas etmək mümkün olmayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksəkçinli rəsmilər onun vəfatı ilə bağlı başsağlığı verib.
Bundan əlavə, İstanbul Universitetinin Tibb Fakültəsinin professoru Murat Dilmener də koronavirusdan dünyasını dəyişib. 78 yaşlı həkim bir aydan çoxdur COVID-19-dan müalicə alsa da, müsbət nəticə verməyib.