Bir neçə taksi sürücüsü küçənin ortasında öz həmkarlarını qaçırmağa çalışıb. Hadisə Rusiyada baş verib.
REN TV-nin məlumatına görə, onlar verdikləri 20 min rubl (463 AZN) borcu geri almaq istəyiblər.
Yayımlanan kadrlarda bir neçə nəfərin maşının şüşəsini sındıraraq, zorla həmkarlarını çölə çıxardıqları və yerə yıxaraq, təpiklədikləri görünür. Bundan sonra onlar qurbanlarını öz maşınlarına zorla oturtmaq istəyirlər.
Həmin sürücülərin niyyəti baş tutmayıb və onlar hadisə yerini tərk etmək məcburiyyətində qalıblar.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb. İki şübhəli şəxs artıq saxlanılıb.