Ermənistan parlamentində qalmaqal baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Milli Asambleyanın sədrinin hakim “Mənim addım” partiyasından seçilən vitse-spikeri Alen Simonyanla, müxalifətdəki “İşıqlı Ermənistan” partiyasının lideri və parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan bir-birlərini təhqir ediblər.

Hər şey “İşıqlı Ermənistan” partiyasının deputatı Ani Samsonyanın tribunadan vitse-spikerin arxasınca danışmasından sonra başlayıb. Özü də həmin vaxt Alen Simonyan zalda olmayıb. Onu fraksiyanın digər deputatları da dəstəkləyiblər.

Daha sonra iclas zalına geri dönən Alen Simonyan isə həmin deputatlara, o cümlədən onun lideri Edmon Marukyana təhqirlər yağdırıb.

Tərəfləri parlamentin spikeri Ararat Mirzoyan sakitləşdirib.