İxtisasca həkim olan 2019-cu ildə “Böyük Britaniya gözəli” seçilən Bhaşa Mukherje koronavirusla mübarizəyə qoşulub.

Minval.info xəbər verir ki, Mukherje pandemiya dövründə ehtiyac olan istənilən qrupla işləyə biləcəyini deyib. Koronavirus epidemiyası başlayanda xeyriyyə missiyası ilə Hindistanda olan Mukherje baş verənləri müşahidə edəndən sonra peşəsi ilə məşğul olmaq qərarına gəlib.

Aprelin 6-da Böyük Britaniyaya qayıdan model iki həftə karantindən sonra həkim kimi çalışmağa başlayacaq.