Çərşənbə axşamı, 6 İyun 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi

LEYLA
09/04/2020 18:45
0
BAXIŞ
FacebookTwitterTelegram

“ABŞ-da koronavirusa yoluxan həmvətənlərimizin sayının müəyyənləşdirilməsi istiqamətində addımlar atırıq. Artıq bununla bağlı ABŞ-ın müvafiq dövlət qurumuna sorğu vermişik. ABŞ hospitalları pasiyentlərin vətəndaşlığını qeydə alıb federal hökumətə məlumat verdikdən sonra sorğumuz cavablandırılacaq”.

Bu fikirləri “Report”un xüsusi müxbirinə Azərbaycanın ABŞ-dakı səfirliyinin siyasi məsələlər üzrə məsul əməkdaşı Şəlalə Vəliyeva deyib.

Onun sözlərinə görə, hazırda ABŞ dünyada koronavirusa yoluxanların sayına görə birinci yerdədir: “Şübhəsiz ki, koronavirusa yoluxanlar arasında həmvətənlərimiz də var. Səfirliyin əsas məqsədlərindən biri də ABŞ-da yaşayan vətəndaşlarımızın vəziyyəti barədə mümkün məlumatları toplamaq, hüquqi yardım göstərmək və maarifləndirmə işini aparmaqdır. Bizə daxil olan məlumata görə, vətəndaşlarımız arasında çox az sayda olsa da, koronavirusa yoluxanlar var. Biz bu statistika ilə bağlı siyahı tərtib etməyə çalışırıq. Bunun üçün üzərimizə düşən işləri görürük”.

Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi

Ş.Vəliyeva bildirib ki, Azərbaycan icması koronavirusun episentri olaraq bilinən Nyu-York, Kaliforniya, Texas, Massaçusets, Virciniya və digər bir çox ştatlarda daha sıx yaşayır: “Biz daha yaxından dəstək göstərə bilməyimiz üçün həmvətənlərimizə səfirliyin rəsmi veb-saytını ziyarət etməyi məsləhət görürük. Hazırda konsulluğun rəsmi veb-səhifəsində link yerləşdirilib. Hələ konsulluq qeydiyyatından keçməyən vətəndaşlarımıza da müraciət edirik. Onlar daha operativ konsulluq xidmətindən yararlanmaq üçün qeydiyyatdan keçsinlər. Həmvətənlərimiz səfirliyin sutkanın 24 saatı fəaliyyət göstərən “Qaynar xətt”inə zəng edib onlara lazım olan məlumatları ala bilərlər”.

“ABŞ qanunvericiliyinə əsasən, koronavirus testi ödənişsiz əsasda aparılır. Ştatlar üzrə səhiyyə departamentlərinin telefon nömrələri və qaynar xətləri mövcuddur. Soydaşlarımızdan özlərini və yaxınlarını qorumaq üçün ciddi şəkildə gigiyenik qaydalara, yerli hakimiyyət orqanlarının sosial məsafə saxlamaq və evdən bayıra çıxmamaq tələblərinə ciddi şəkildə riayət etmələrini istəyirik. Özündə simptomlar hiss edən hər kəsin həkimə müraciət etməsi xahiş olunur. Bu halda miqrasiya statusundan və tibbi sığortanın mövcud olub-olmamasından asılı olmayaraq, həkimin və ya səhiyyə mərkəzinin yönləndirməsi ilə testin aparılması məqsədilə müəyyənləşdirilən məntəqə və xəstəxanalara müraciət etməyiniz zəruridir”, – səfirlik əməkdaşı qeyd edib.

Eyni zamanda Ş.Vəliyeva ABŞ-da yaşayan həmvətənlərimizi səfirliyin ABŞ-Azərbaycan Ticarət Palatası ilə birgə USACC-nin (The United States-Azerbaijan Chamber of Commerce (USACC)) “facebok” səhifəsi üzərindən həyata keçirdiyi canlı müzakirələrə qatılmağa dəvət edib: “Həftənin hər cümə günü yerli vaxtla 05:00-da səfirlik əməkdaşları Azərbaycanda koronavirusla mübarizə, ABŞ-da Azərbaycan icması, konsulluq xidmətləri, səyahət xəbərdarlıqları, vizalar və s. məsələlərlə bağlı suallarınızı cavablandırmaq üçün birbaşa yayımda olacaq”.

Səfirlik əməkdaşı həmçinin vurğulayıb ki, ABŞ-ın bəzi şəhərlərində yaşayan soydaşlarımız koronavirusla bağlı ehtiyacı olan vətəndaşlarımıza dəstək göstərməkdədir: “Biz bu cür xəbərləri alırıq və qürur duyuruq. Səfirlik bütün dəstək göstərən şəxslərə təşəkkür edir. Bu çətin vaxtlarda həm Azərbaycanda, həm də ölkədən kənarda soydaşlarımızın həmrəylik nümayiş etdirmələri çox vacibdir”.

Qeyd edək ki, Azərbaycanın ABŞ-dakı səfirliyi koronovirus pandemiyasına görə xüsusi rejimdə fəaliyyət göstərir. ABŞ-da yaşayan, təhsil alan, səfərdə olan vətəndaşlarımız sualları yaranacağı təqdirdə həftənin 7 günü və sutkanın 24 saatı fəaliyyət göstərən səfirliyin “Qaynar xətt”i (+1 202 820 0987, +1 202 560 3583) ilə əlaqə saxlaya bilərlər.

DAHA ÇOX OXU

Cəmiyyət

İyun ayında ən təhlükəli günlər: Bu tarixlərdə nəsə planlamayın…

06/06/2023 23:04
export

Qulağını eşşək qopardan kişi görün kimdir – VİDEO

06/06/2023 22:42
export

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01
export

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13
export

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00
1-MANŞET

SON DƏQİQƏ – Koroğlu metrosu yaxınlığında intihara cəhd (VİDEO)

06/06/2023 18:24
SON XƏBƏR

The main advantages of Digital Currencies

“U2” rok-qrupu koronavirusla mübarizəyə 10 milyon avro ayırdı

Pandemiya dövründə öskürək terror kimi qiymətləndirilə bilər

Xəbər lenti

İyun ayında ən təhlükəli günlər: Bu tarixlərdə nəsə planlamayın…

06/06/2023 23:04

Qulağını eşşək qopardan kişi görün kimdir – VİDEO

06/06/2023 22:42

Azərbaycanda məktəbli qız qaçırıldı

06/06/2023 22:15

Məşhur aktrisa həyat yoldaşından BOŞANIR – dələduzluğa görə HƏBS EDİLMİŞDİ

06/06/2023 22:01

Türkiyəli mütəxəssisdən Azərbaycanla bağlı qorxunc zəlzələ proqnozu – VİDEO

06/06/2023 21:50

“Peyğəmbərəm” deyib qətl törətdi, indi də yoxa çıxıb – VİDEO

06/06/2023 21:30

3 qadının hücumuna məruz qalan britaniyalı turistin qorxulu anları – VİDEO

06/06/2023 21:13

Eldar Əzizovdan Bakıda söküləcək binalar haqqında VACİB AÇIQLAMA

06/06/2023 21:10

Şagirdini döyən müəllimin dediyi sözlər hər kəsi təəccübləndirdi – VİDEO

06/06/2023 21:00

Mövqelərimiz atəşə tutuldu

06/06/2023 20:50

Eldar Əzizovdan qəzalı binalarla bağlı AÇIQLAMA

06/06/2023 20:40

Azərbaycan və Avstriya xarici işlər nazirləri arasında görüş başlayıb

06/06/2023 20:33

Həmin şəxs körpüdən belə düşürüldü – Video

06/06/2023 20:30

Xalq artisti qızının şad xəbərini paylaşdı – FOTOLAR

06/06/2023 20:10

Bakıda həbsdə olan qardaşına narkotik keçirmək istəyən qadın saxlanılıb

06/06/2023 19:48

SON DƏQİQƏ – Koroğlu metrosu yaxınlığında intihara cəhd (VİDEO)

06/06/2023 18:24

Zaur Kamal: “Rəksanəni palçıqdan Fazil çıxartdı” – VİDEO

06/06/2023 18:06

“Aylarla mənə 101 gül göndərirdi” – Çiçək – VİDEO

06/06/2023 17:49

Aysun son hadisələrdən danışdı: “Yaşadıqlarımı yaşayasınız”

06/06/2023 17:35

Lisey və gimnaziyalara ərizə qəbulu yekunlaşdı

06/06/2023 17:30

Ağamirzədən sərt sözlər: “Adlarından iyrənirəm”

06/06/2023 16:47

İki qadın ölmüş maralları çiy-çiy yedi – ŞOK GÖRÜNTÜLƏR

06/06/2023 16:24

Dünya rekordunu təzələdi

06/06/2023 16:07

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçirlər – VİDEO

06/06/2023 15:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.