Aparıcı Xoşqədəm Hidayətqızı aparıcısı olduğu “Səni axtarıram” verilişində duyğusal anlar yaşayıb.
Minval.info xəbər verir ki, aparıcı tələbəlik illərində keçirdiyi çətin günlərdən danışıb:
“Mən Naxçıvanda təhsil almışam. Bir ay yataqxanada qaldım. 1990-cı illərədn söhbət gedir. Naxçıvanın çox ağır günləri idi, çox ağır günlər idi. Gecə saat neçədən durub çörək növbəsində dayanırdıq ki, bəlkə, səhər çörək növbəsi çatar. Tək və gənc idim, hətta yeniyetmə sayılırdım. Səhv də edə bilərdim. Təqaüd 25 rubl idi. 5 kilo düyü almışdım. Hər gün bir ovuc düyü qaynadıb yeyirdim. Bir ay ancaq düyü yedim. Sonra nehrəmlidən olan rəfiqəmin atası qızını qaldığı evdən çıxardıb, məni ora yerləşdirdi, qızını da Nehrəmliyə apardı. Ondan sonra hər gün qonşular nə bişirsə, mənə də gətirirdi. Aclığın, imkansızlığın, çarəsizliyin nə olduğunu bilirəm. Naxçıvanda güclü olmağı, dözməyi, səbri öyrəndim”.
Hidayətqızının tez-tez kövrəlməsi diqqətdən qaçmayıb.