Xalq artisti Nadejda Babkina koronavirusdan komaya düşdü - VİDEO

İkitərəfi pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən Rusiyanın Xalq artisti Nadejda Babkinanın koronavirusa yoluxduğu təsdiqlənib.

BAKU.WS rbc.ua-ya istinadən xəbər verir ki, həkimlər vəziyyəti ağır olan Babkinanı süni komaya salıblar.

Onlar Nadejdada COVID-19-un ağır vəziyyətdə olduğunu söyləyiblər.

Yaxınları isə xəbəri təkzib edir, müğənninin bu günlərdə heç kimlə görüşmədiyini, virusa yoluxma ehtimalının sıfır olduğunu bildirirlər. Hətta pnevmaniya olduğunu belə gizlədirlər.

Qeyd edək ki, Nadejda Babkina 19 martda 70 yaşını tamamlayıb. O, yubiley konserti verməyə hazırlaşırdı.