Koronavirusa yoluxan “Yuventus” klubunun hücumçusu Paulo Dibala pandemiyanın simptomlarından və xəstəlik vaxtı yaşadığı hisslərdən danışıb.

“Juventus TV”yə müsahibəsində argentinalı futbolçu bildirib ki, şiddətli öskürəkdən və halsızlıqdan əziyyət çəkib, gecə yatanda üşüyüb.

“Klubdan bizə vitaminlər verirdilər və vaxt keçdikcə özümü daha yaxşı hiss etdim. Bu, bir az da psixoloji vəziyyətdir, əvvəl sən qorxmağa başlayırsan, lakin indi hər şey öz qaydasında gedir. Əvvəl mən çox yorulurdum, məşqə başlayandan qısa müddət sonra isə nəfəs ala bilmirdim”.

Qeyd edək ki, ulduz futbolçu və sevgilisi Oriana Sabatini koronavirusa yoluxmuşdu.