Azərbaycanlı müğənninin paylaşımı hiddətləndirdi -

Koronavirusa yoluxmamaq üçün insanların gigiyenik qaydalara həssas yanaşdığı bir zamanda müğənni Nəfəs hərəkəti ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, instaqram hesabında şəkil paylaşan müğənni hər kəsin qəzəbinə tuş gəlib. Belə ki, Nəfəs marketdə alış-veriş zamanı istifadə olunan arabanın içində oturaraq şəkil çəkdirib.

Azərbaycanlı müğənninin paylaşımı hiddətləndirdi - İzləyiiciləri fotolara sərt reaksiya verərək müğənnini tənqid ediblər:

“Marketin yiyəsi yoxdur, siz onun içindəsiniz? Özü de koronavirus vaxtı. Heç sizdən belə şey gözləməzdim. Millet onun içinə ərzaq yığır, sizde onun  isə içində oturmusunuz. Azerbaycan xanımı belə hərəkət etməz. Sizə yaraşdırmadım”.

Tənqid olunduğunu görən Nəfəs şərh bölümünü bağlayıb.

Azərbaycanlı müğənninin paylaşımı hiddətləndirdi -