Sumqayıtda baş verən hadisənin görüntüsü - VİDEO

Sumqayıtda piyada vurulması ilə nəticələnən yol qəzası müşahidə kamerasına düşüb.

Videonu oxuculardan biri BAKU.WS-in “qaynar xətt”inə göndərib.

Videodan göründüyü kimi orta yaşlı qadın piyada zolağından keçərkən avtomobil onu vurub.

Zərbənin təsirindən qadın bir neçə metr kənara atılıb.

Hadisənin ötən ay baş verdiyi bildirilib.

Qəzanın görüntüsünü təqdim edirik.