Azərbaycanlı sosial media fəalı Ağa Mehdi Avropanın 10 ölkəsini gəzməyə başlayıb.

Bu barədə BAKU.WS-ə Ağa Mehdi özü məlumat verib.

O, bildirib ki, Avropada sərt qış hökm sürməsinə rəğmən artıq iki ölkənin sərhədini tək başına keçib.

Qeyd edək ki, azərbaycanlı gənc 2019-cu ilin 29 noyabrından Estoniyanın paytaxtı Tallindən yola düşərək Latviya, Litva, Polşa, Almaniya, Hollandiya, Belçika, Fransa və İspaniyanı velosipedlə keçmək niyyətindədir.

Azərbaycanlı gənc Avropanın 10 ölkəsini təkbaşına gəzir - FOTOLAR

Səfəri zamanı 10 Avropa ölkəsini piyada gəzmək istəsə də, müəyyən çətinliklər buna mane olub: “Əgər nəsib olarsa, Portuqaliyaya qədər məsafəni qət etmək fikrindəyəm. Əvvəlcə bütün məsafəni piyada getmək istəyirdim. Hətta qarlı, şaxtalı günlərdə təxminən 90 km məsafəni də qət etdim. Mövcud şərtlər onu göstərdi ki, yolumu velosipedlə davam etidmrək məcburiyyətində qaldım”.

Ağa Mehdi əlavə etdi ki, Estoniya və Latviya ərazisində hərəkət edərkən çoxlu insanlarla tanış olub və yerli sakinlər onun bu addımını müsbət qarşılayıb. Hazırda Litva ərazisində olan azərbaycanlı gənc 2020-ci ildə Portuqaliya çatmağı planlaşdırır.

Xatırladaq ki, təxminən 4000 km məsafəni qət etməyi planlaşdıran Ağa Mehdinin məqsədi dünyada baş verən ekoloji problemlərə diqqəti çəkməkdir. O, layihəsinin devizi olaraq, İmam Hüseynin (ə) “Mənim yeganə istəyim müsbət dəyərləri yaymaq, mənfilərin qarşısını almaqdır” sözlərini seçib.

Məlumat üçün bildirək ki, Ağa Mehdi buna qədər Bakıda qarlı havada kilsəyə gedən yolu təmizəməklə gündəmə gəlmiş və böyük rəğbətlə qarşılanmışdı.

Azərbaycanlı gənc Avropanın 10 ölkəsini təkbaşına gəzir - FOTOLAR

Azərbaycanlı gənc Avropanın 10 ölkəsini təkbaşına gəzir - FOTOLAR

Azərbaycanlı gənc Avropanın 10 ölkəsini təkbaşına gəzir - FOTOLAR