Bakıda işıqforun qadağanedici işığına məhəl qoymayan avtomobil ağır qəzaya səbəb olub.

Avtosfer.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi avtomobillə “qırmızı”dan keçən zaman “KİA” markalı maşınla toqquşub.

Hadisə nəticəsində sürücülər yüngül xəsarət alıb və avtomobillərə ciddi ziyan dəyib.