Finlandiyada keçmiş baş nazir Antti Rinnenin istefasından sonra Sanna Marin ümumi məclisdə baş nazir seçilib.

Musavat.com xəbər verir ki, 34 yaşlı qadın ən gənc baş nazir olub.

Gənc qadının baş nazir seçilməsi ölkədə, həmçinin dünya mətbuatında maraqla qarşılanıb. Sosial şəbəkələrdə geniş müzakirə olunan gənc baş nazir ölkənin aparıcı siyasi qüvvəsi olan Sosial Demokrat Partiyasının üzvüdür.

Sosial Demokrat Partiyasından namizədliyini verən Sanna Marin əsas rəqibinə 3 artıq səslə qalib gəlib. Onun rəqibi Antti Lindtmandan 29 səslə məğlub olub. Sanna Marin isə 32 səslə ölkənin baş naziri seçilib.

Sanna Marin bundan əvvəl iki dəfə millət vəkili olub. O, baş nazir olana kimi də nəqliyyat və rabitə naziri vəzifəsini icra edib.

Yeni seçilən baş nazir ətraf mühitin və təbiətin qorunması, qaz yanacaqlarından istifadə edən nəqliyyat vasitələrinin qadağan edilməsi yönündə fəailiyyəti ilə də tanınır.

Qeyd edək ki, yeni seçilən gənc baş nazir Marin, Finlandiyanın NATO üzvlüyü mövzusunda da sərt fikirlər səsləndirirdi.

Sanna Marin Finlandiya tarixində baş nazir vəzifəsini tutacaq üçüncü qadın olacaq.

Finlandiyanın yeni seçilmiş gənc baş nazirinin fotolarını təqdim edirik.

Baş nazir seçilən 34 yaşlı qadın dünyanın gündəmində... - FOTOLAR