Almaniyanın Duisburg şəhərində yoxa çıxan 26 yaşlı Minenin cəsədi tapılıb.
Musavat.com xəbər verir ki, gənc qadın sentyabr ayının 7-dən yoxa çıxıb.
Gənc qadının 28 yaşlı həyat yoldaşı polsi tərəfindən saxlanılaraq sorğuya alınıb. Sorğu nəticəsində Ercan adlı şəxs həyat yoldaşını öldürdüyünü və meşədə basdırdığını etiraf edib.
Ercan polislərə həyat yoldaşını öldürdükdən sonra Almaniyanın Duisburg şəhərinə yaxın olan meşəsində basdırdığını deyib.
Sözügedən əraziyə baxış keçirən polislər qadının cəsədini tapıb.
Qeyd edək ki, Ercan adlı şəxs əvvəlcə qadını öldürdükdən sonra polisə həyat yoldaşının itməsi barədə yalan məlumat vermişdi. O, polislərə həyat yoldaşının evdən çıxarkən rəfiqəsinin yanına getdiyini dediyini bildirmişdi.
Hətta Ercan adlı şəxs polisə məlumat verdikdən sonra mətbuata açıqlama verərək “Ümid edirəm yaxşıdır və tez bir zamanda bizimlə əlaqə qurar” sözlərini demişdi.
Lakin Ercan adlı şəxsin qonşularının polisə şikayəti əsasında cinayət axtarışının yönü dəyişib. Belə ki, qonşular Ercan adlı şəxsin evinin qarajından qoxular gəldiyini bildirib.
Detektivlər qarajda cəsəd tapa bilməyiblər, lakin öldürülən qadının cəsədinin uzun müddət qarajda gizləndiyi aşkar ediblər.
Bundan sonra Ercan adlı şəxs polis tərəfindən saxlanılıb.