Neftçalada doğuş zamanı 22 yaşlı anası dünyasını dəyişən körpə oğlan Bakı şəhərinə gətirilərək, Respublika Pediatriya İnstituna yerləşdirilib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 22 yaşlı Neftçala şəhər sakini Gülnaz Elxan qızı Abdullayeva Neftçala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində doğuşdan sonra dünyasını dəyişib. Onun dünyaya gətirdiyi körpə oğlan uşağı isə sağ qalıb.
İlk və tam hamiləlik dövründə xəstəxanaya gətirmiş ananın hansı səbəbdən həyatını itirdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.