Türkiyənin “Müge Anlı ilə Tatlı Sert” proqramında axtarılan Fəridə Ercan adlı qadının həyat tərzi ölkəni dəhşətə gətirib.
BAKU.WS xəbər verir ki, 20 yanvardan bəri itkin düşən Fəridənin axtarışları zamanı onun eyni anda beş kişi ilə münasibətdə olduğu ortaya çıxıb.
Qadının tapılması yönündə aparılan araşdırmada məlum olub ki, o, sosial şəbəkədə özündən yaşca kiçik kişilərlə tanış olaraq cinsi əlaqəyə girirmiş. Araşdırmanın bu günə olan nəticəsinə görə, bu kişilərin sayı beşdir. Fəridə Ercanın bərabər olduğu kişilərin sayının daha çox olduğu istisna edilmir.
Qonşuların qadın haqqında danışdıqları isə illərdir aparıcısı olduğu layihə ilə müxtəlif talelərlə üzləşən Müge Anlını belə şoka salıb. Qonşulardan birinin sözlərinə görə, Fəridənin evinə gələn kişilər hətta onu döyürlərmiş. Bir dəfə qarnından vurulan güclü zərbə nəticəsində uşaqlıq qanaxması ilə xəstəxanaya yerləşdirilib.
Bu faktlar ortaya çıxdıqdan sonra Müge Anlı qadının öldürülməsi ehtimalının daha yüksək olduğunu söyləyib.
Qeyd edək ki, Fəridə Ercanın tapılması üçün valideynləri müraciət edib. Onlar qızlarının evdən tələsik çıxdığını və bir daha geri qayıtmadığını bildiriblər.