Rusiyalı boksçu, beynəlxalq yarışların qalibi olmuş Aleksandr Kotromin Belqorodda öldürülüb.
Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Kostromin odlu silahdan açılan atəşlə qətlə yetirilib. Onun cəsədi yaşadığı evin yanında aşkarlanıb.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Daha əvvəl Suriyada İŞİD terror təşkilatının tərkibində döyüşən rusiyalı boksçu Vyaçeslav Lapşin öldürülüb.