Şənbə, 28 May 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
No Result
View All Result

Arvadını kənddə qonşu kişi ilə tutdu və … – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ

TURAN
24/11/2018 16:57
0
0
BAXIŞ
FacebookTwitterTelegram

Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Medianews.az “publika.az”a istinadən xəbər verir ki, Musa Əliyev bacısı qızının ailəsində yaranan problemi həll etmək məqsədilə 12 iyul 2015-ci il tarixdə yeznələri İlham Həsənovgilə gedib. Yol kənarında sahibsiz gördüyü avtomobilin sükanı arxasına əyləşən Musa Əliyev həmin gün saat 17.30-da İlhamın evinə gəlib.

Musa Əliyevin bacısı qızı Gülbəniz Həsənovanın qısqanclıq zəmnində bir neçə gün əvvəl həyat yoldaşı İlham Həsənov tərəfindən evdən qovulmasının səbəbini aydınlaşdırmaq istəyib. Həmin vaxt evdə İlham Həsənovun atası Zahid və digərləri də olub.

Musa Əliyev İlham Həsənovdan arvadına qarşı hərəkətinin səbəbini soruşub.

İlham Həsənov ona həyat yoldaşını evdən qovmasının səbəbini izah edib. O bildirib ki, həyat yoldaşı Gülbəniz Həsənovanın bir gün əvvəl evlərinin həyətyanı bağ sahəsinə açılan pəncərə qarşısında kirvəsi Ramil Mehdiyev ilə görüşüb, ona xəyanət edib, bu səbəbdən onu evdən qovub.

Lakin Musa Əliyev bacısı qızının belə bir hərəkət etməsinə inanmayıb. O, hadisənin baş verdiyi yeri ona göstərməyi təklif edib. İlham Həsənov da onunla həyətlərindəki qeyd etdiyi yerə gəlib və oranı Musa Əliyevə göstərib.

Orada Musa ilə İlham arasında mübahisə yaranıb. İlhamın Gülbəniz Həsənovaya qarşı etdiyi hərəkətdə haqlı olub-olmadığı barədə biri-birinə qarşı iradlarını bildiriblər.

Bu zaman İlham Həsənov həm Gülbəniz Həsənovanın, həm də Musa Əliyevin ünvanına xoşagəlməz ifadələr işlədib. İlham Həsənovun bu hərəkətlərindən Musa Əliyev hiddətlənib və bıçağa əl atmalı olub. İlham Həsənov aldığı bıçaq xəsarətlərindən hadisə yerində ölüb.

“İlham mənə dayı deyərək müraciət edib”

İstintaq orqanı Musa Əliyevi Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham edib.

Bu cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Cinayət işi üzrə ifadə verən Musa Əliyev ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddələri ilə özünü təqsirli bilir. Musa Əliyev ona verilən Cinayət Məcəllənin 120.2.2 və 120.2.4-cü maddəsi ilə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs qeyd edib ki, mərhum İlham Həsənov onun bacısı Sevil Babayevanın qızı Gülbəniz Həsənovanın əri olub: “Gülbənizin atası olmadığından ona ata əvəzi kimi himayədarlıq etmişəm. Hadisəyədək İlham Həsənov və onun ailə üzvləri ilə münasibətlərim yaxşı olub. İlham mənə dayı deyərək müraciət edib”.

“Bacım qızına şər atıldığını dedi”

Musa Əliyevin sözlərinə görə, 11 iyul 2015-ci il tarixdə İlham Həsənov öz arvadı Gülbənizi qısqanclıq zəminində evdən qovduğunu eşidib: “İyulun 12-də, nahardan sonra bacım Sevil öz oğlu Səxavətlə birlikdə evimə gəldi.

Bacım bildirdi ki, 2 gün əvvəl kirvələri Ramil Mehdiyev axşam saatlarında İlham Həsənovun yaşadığı həyətə gəlib, İlham onu görüb və arvadı Gülbənizlə yaxın əlaqədə olmaq üçün gəldiyindən şübhələndiyini deyib.

Buna görə onlar arasında dava-dalaş olub, sonra Ramil qaçaraq gedib. İlham da bundan polisə şikayət edib”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra İlham öz arvadı Gülbənizi Ramillə ona xəyanət etməkdə günahlandırıb və Sevilə zəng edərək qızını aparmağı tələb edib:

“Bacımda Gülbənizi öz evinə gətirib. Sevil qızı Gülbənizə şər atıldığını, onun ərinə xəyanət etmədiyini, İlhamın valideynlərinə müraciət etsələr də, Gülbənizi əri evində geri qayıtmasına İlhamgilin razılaşmadıqlarını bildirdi.

Bacım məndən Gülbənizin atası əvəzi kimi İlhamın valideynləri ilə bu məsələni qaydasına qoymaq üçün danışmağımı xahiş etdi. Odur ki, məsələni aydınlaşdırmaq məqsədilə İlham Həsənovun valideynləri ilə görüşüb, bunu müzakirə etmək qərarına gəldim”.

“Qardaşının hərəkəti barədə danışmaq istədim”

Musa Əliyevin sözlərinə görə, İlhamgilə zəngi edib: “İlhamın atası Zahid və anası Solmaz Həsənovlarla danışaraq onları evimə dəvət etdim. Lakin İlhamın anası və atası evimə gəlməkdən imtina etdi.

Bildirdilər ki, bu məsələni müzakirə etmək fikirləri yoxdur. İlhamın valideynlərinin bu gözlənilməz cavabından əsəbiləşdim. Buna görə də İlhamgilə özüm gedərək, onlarla danışmağı qərara aldım.

Odur ki, küçəyə çıxaraq piyada Həsənovların evinə yollandım. Həmin vaxt bacım oğlanları – Elnur Hüseynov və İsmayıl Quliyev də ardımca gəldilər.

Bu zaman yanımdan bir “07” markalı avtomobil keçdiyini gördüm. Onu bacım qızının adına söz çıxarılmasına səbəb olmuş həmkəndlimiz Ramilin qardaşı Vidadinin idarə etdiyini güman etdim.

Odur ki, ona çataraq qardaşının hərəkəti barədə danışmaq istədim. Bu zaman kanal kənarında həmkəndlimiz Əbil Məmmədovun “VAZ 21099” markalı avtomobilinin dayandığını və açarının kilid yerində olduğunu gördüm. Avtomobilin yanında heç kim olmadığından onu idarə edərək Vidadi olmasını güman etdiyim avtomobilə çatmaq istədim.

Buna görə də sükan arxasına keçərək avtomaşını işə saldım və yanımdan ötən “07” markalı avtomobilin getdiyi istiqamətə sürdüm. Lakin VAZ 2107 markalı avtomobilə yaxınlaşarkən, onu Vadadinin idarə etmədiyini gördüm”.

“Dedi ki, İlham onları orada tutub”

Musa Əliyevin sözlərinə görə, daha sonra avtomobili İlhamgilin evinə tərəf sürüb: “Yolda bacım oğlanları İsmayılla Elnur qarşısına çıxdı. Onları da avtomobilə götürdüm.

Birlikdə İlhamgilin evinin qarşısına gəldik. Həyətə daxil olanda, orada İlhamın atası Zahid Həsənov, İlhamın özü, onların qohumu Cəsarət, Zöhrab, sahə müvəkkili Pərviz Süleymanov masa arxasında idilər.

Zahidgilə yaxınlaşaraq hər biri ilə görüşdüm və masa arxasında əyləşdim. Zahid Həsənovdan nə baş verdiyini soruşdum. O həyətə işarə edərək, dedi ki, İlham onları orada tutub, yəni Gülbənizi başqası ilə görüb”.

“Dedi ki, bu pəncərə qarşısında Gülbəniz Ramillə tutub”

Musa Əliyev qeyd edib ki, sonra İlhama müraciət edib və məsələni danışmasını istəyib: “İlham dedi ki, arvadım mənə Ramillə xəyanət edərkən tutmuşam. Onun dediklərinə inanmadığım üçün onları harada tutmasını və yerini mənə göstərə biləcəyini soruşdum.

İlham göstərəcəyini deyərək məni evin arxa tərəfinə dəvət etdi. Mən də onunla birlikdə evin arxa tərəfinə keçdim. İlham evin bağ sahəsinə açılan pəncərəsini göstərdi və dedi ki, bu pəncərə qarşısında Gülbəniz Ramillə tutub. Həmin vaxt yanımızda heç kim olmayıb, İlhamın göstərdiyini, dediyini eşidən də olmayıb”.

“Dedi ki, evdən qovmuşam, qeyrətlisənsə, get, sən öldür”

Musa Əliyev deyib ki, İlhama bacısı qızı barəsində dediklərinə inanmayıb: “Bildirdim ki, əgər arvadını xəyanət edərkən tutmuşsa, onda nəyə görə onları buraxıb, niyə ikisini də yerində cəzalandırmayıb, öldürməyib.

İlham isə “mən öldürmədim, evdən qovmuşam, qeyrətlisənsə, get, sən öldür”, – deyə cavab verdi. Daha sonra İlham bacım qızı və yaxınlarımın ünvanına nalayiq sözlər işlətdi. Həmçinin İlham məni bacım qızını cəzalandırmaq əvəzinə, onu sorğu-sual etməkdə günahlandırdı. O, məni şərəfsiz adlandırdı.

İlhamın sözlərindən əsəbiləşdim. Buna görə də ona yumruq atdım. İlhamın yaxasından tutan zaman üstümə bıçaq çıxardı. İlhamın əlindən həmin bıçağı almaq istərkən, bıçaq ovcumu kəsdi. Savaşdığımız zaman bıçaq ola bilsin ki, İlhamın bədəninə dəyib. Sonra İlhamın əlindəki bıçağın yerə düşdüyünü gördüm və onu yerdən götürdüm”.

“Ünvanına söyüş işlətdim”

Musa Əliyevin ifadəsinə görə, bu zaman İlham onu güllələcəyini deyib və həyətə qaçıb: “Düşündüm ki, İlham evindən tüfəng götürməyə qaçır və bir neçə addımlığında olan İlhama çataraq, ona arxadan kürəyinə bir bıçaq zərbəsi vurdum.

Həmin vaxt İlham yıxılmadı və dayanaraq qışqırdı. O, həyətdə olan atasıgil oturduğu tərəfə qaçdı. Mən də İlhamın ardınca getdim. İlham həyətdə yerə yıxıldı”.

Musa Əliyevin bildirdiyinə görə, bu zaman İlhamın atası Zahid və yanında olanlar masadan ayağa qalxıb: “Həmçinin evdən İlhamın anası, başqa qadınlar çıxaraq məni qarğışladı, lakin heç kim mənə yaxın gəlmədi. Özümü itirdiyim və əsəbi olduğum üçün Zahidgilin ünvanına söyüş işlətdim, daha sonra oradan getdim”.

“Polisə məlumat verdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, yolda əsəbi olduğu üçün sürdüyü avtomobili hasara vurub: “Orada avtomaşını ataraq getdim. Sonra yaxınlıqdakı su arxında əllərimin qanını yudum və yonca sahəsinə getdim.

Yoncalıqda ertəsi günədək vaxt keçirdim, sakitləşdikdən sonra evimə getdim. Paltarımı dəyişəndən sonra Ağcabədi rayon polis şöbəsinə gəldim və törətdiyim hadisə barədə məlumat verdim”.

Musa Əliyev qeyd edib ki, himayəsində 2 azyaşlı uşağı var, Qarabağ döyüşlərində iştirak edib. O, məhkəmədən bunları nəzərə alaraq, ona yüngül cəzanın təyin edilməsini xahiş edib.

“İlham arvadını izləməyə başlayıb”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dinidirilən Almaz Həsənova bildirib ki, oğlu İlham Həsənov öz arvadı Gülbəniz və 3 azyaşlı övladı ilə birlikdə onunla və əri Zahid Həsənovla bir evdə yaşayıb:

“Gəlinim Gülbənizin dayısı Musa Əliyev ilə özümün və oğlumun münasibətləri əvvəllər yaxşı olub. Hadisədən 3-4 gün əvvəl oğlum arvadı Gülbənizin kirvələri Ramil Mehdiyevlə ona xəyanət etməsindən şübhələnib.

İlham təxminən bir ay əvvəl Ramilin əlini Gülbənizin donu altına salaraq, bədəninə toxundurduğunu görüb. Bundan sonra İlham arvadı Gülbənizi izləməyə başlayıb”.

“Qızını bağışlamağı xahiş etdi”

Mərhumun anasının sözlərinə görə, iyulun 10-da, saat 22 radələrində İlham evdən velosipedlə harasa gedib: “Bir müddət keçəndən sonra yatdım. Lakin nəvəm Tacirin ağlamaq səsinə ayıldım və nəvəm olan otağa gəldim. Gülbənizi nəvəmin yanında görmədim. Nəvəm anasının harasa getdiyini dedi. Bundan sonra həyətə çıxdım.

Bu vaxt Gülbəniz qarşıma çıxaraq həyətdə İlhamla Ramilin dalaşdıqlarını bildirdi. Sonra oğlum da yanımıza gəldi. Bildirdi ki, Ramili güdərkən onun gəlib Gülbənizin yataq otağının pəncərəsinin qarşısında dayandığını görüb. Oğlum Ramillə savaşanda Gülbəniz də ora gəlib, Ramili oğlumun əlindən alıb qaçmasına kömək edib”.

“Gülbənizi evinə apardı”

Almaz Həsənova qeyd edib ki, bu hadisədən sonra İlham arvadı Gülbənizə anasının evinə getməsini, daha onunla yaşamaq istəmədiyini bildirib: “Gülbəniz özü anası Sevilə zəng edərək çağırdı.

Sevil bacısı Gülbani, Zemfira, oğlu Səxavətlə birlikdə gəldi. O, qızını bağışlamağı xahiş etdi. Lakin İlham onunla razılaşmadı. Odur ki, Sevda Gülbənizi götürərək evinə apardı”.

“Bıçağı əlində yelləyərək hamımızı doğruyacağını dedi”

Mərhumun anası daha sonra ifadəsində gəlinin dayısı Musa Əliyevin onlara gəlməsindən, baş verən qətldən danışıb: “Musa Əliyevin həmin gün bizə nə vaxt gəldiyini görməmişəm.

Lakin saat təxminən 17.30 radələrində evinin qonaq otağında olarkən bağ sahəsinə açılan pəncərəsindən oğlumun “oy” deyə qışqırtısını eşitdim. Buna görə də pəncərədən bağa boylandım.

Bu zaman İlhamın yerə çökmüş vəziyyətdə olduğunu, onun yanında isə Musa Əliyevin dayandığını gördüm. Musanın əlində nə olduğunu görməsəm də, oğlumun vurulduğunu anlayaraq evdən həyətə çıxdım.

Qışqırdım ki, Musa İlhamı vurdu, öldürdü. Həyətə çıxanda artıq İlhamı evimizin qarşı tərəfində yerə yıxılmış vəziyyətdə, Musanı isə əlində bıçaq gördüm. Musaya qarğış etdik, nəyə görə bunu etdiyini soruşduq.

Bu zaman Musa əlindəki bıçağı havada yelləyərək “yaxın gəlsəniz hamınız doğrayacam, oğraşlar” dedi və həyətimizdən getdi. Bundan sonra boğazından, bədəninin müxtəlif nahiyyələrindən yaralanmış oğlumu Cəsarətin maşını ilə xəstəxanaya apardıq. Lakin həkimlər artıq onun yolda keçindiyini bildirdilər”.

“İlham məni qısqanmağa başladı”

Cinayət işi üzrə şahid qismində ifadə verən Gülbəniz Həsənova bildirib ki, mərhum İlham ilə birgə nigahdan 3 uşaqları var: “Biz qayınatam Zahid Həsənovun evində yaşamışıq.

Ramil Mehdiyev onların böyük oğlu Fəridin kirvəsidir. Hadisədən təxminən bir ay əvvəl Ramilin mənə pis gözlə baxmasını hiss etdim və bunu İlhama dedim. İlham da məni Ramilə qısqanmağa başladı.

İyulun 10-da, axşam saat 10 radələrində həyətdə səs-küy eşitdim və evdən çıxarkən kənardan, baxçadan Ramillə İlhamın söyüşməsini eşitdim. Bildim ki, onlar dalaşır, ona görə də haray salaraq qonşunu çağırdım.

Sonra qayınanam Almazla qayınatam Zahid gəldi. Bu vaxt İlham da evə gəldi və bildirdi ki, guya məni Ramillə görüb və bunu bəhanə edərək məni evdən qovdu. Anam da gələrək məni öz evinə apardı.

Atam öldüyündən dayım Musa Əliyev mənə ata əvəzi olub. Ona görə Musa Əliyev bu hadisəni eşidəndə İlhamgilə gedib və məsələni yoluna qoymaq qərarına gəlib. Lakin hadisə başqa nəticə verib”.

“Arvadı ilə yaxınlıq etməyimdən şübhələndiyini bildirdi”

Ramil Mehdiyev ifadəsində göstərib ki, mərhum İlham Həsənovun oğlu Fəridin kirvəsi olub: “İlhamla əvvəllər münasibətlərimiz yaxşı olub. Məlum olmayan səbəbdən İlham Həsənov məni öz arvadına qısqanıb.

İyulun 12-də, axşam vaxtı İlham Həsənovun yanına gələrkən İlham məni evinin həyətində qarşıladı və arvadı ilə yaxınlıq etməyimdən şübhələndiyini bildirdi. Bu səbəbdən aramızda mübahisə baş verdi. İlham boğazımdan tutaraq cırmaqladı. Bundan sonra İlhamın əlindən çıxaraq evimizə getdim”.

İlk cəza: 13 il

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Musa Əliyevə verilmiş maddələrdə dəyişiklik edilib. Məhkəmə Musa Əliyevi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə0 maddələri ilə təqsirli bilib.

Hökmə əsasən, Musa Əliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq Musa Əliyevin cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin Musa Əliyevin vəkili Sadiq Abışov da apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin barəsində daha yüngül cəzanın təyin olunmasını xahiş edib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti bir müddət əvvəl hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Prokurordan etiraz

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Şirvan Apelyasiya Məhkəməsinin qərarına əsasən, həm prokurorluğun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan prokurorluq kasasiya protesti verib. Prokurorun protestinə Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrlik etdiyi kollegiyada baxılıb.

Hakim kollegiyası prokurorluğun protestini araşdırandan sonra qərar elan edib. Qərara görə, prokurorun protesti təmin olunub. Şirvan Apelyasiya Məhkəməsinin qərarı tamami ilə ləğv olunub, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Bu səbəbdən iş materialları yenidən Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Artırılan cəza

Bu günlərdə apelyasiya şikayəti və protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü tamamilə ləğv edilib, Musa Əliyevin barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, Musa Əliyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 və 185.1-ci maddələri ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Musa Əliyev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

DAHA ÇOX OXU

Azərbaycanda Müstəqillik Günü qeyd olunur
1-MANŞET

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

28/05/2022
Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR
1-MANŞET

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

27/05/2022
6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu
Cəmiyyət

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

27/05/2022
Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı
Cəmiyyət

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

27/05/2022
Jurnalist Əfqan Sadıqov əfv olunub
Cəmiyyət

Jurnalist Əfqan Sadıqov əfv olunub

27/05/2022
Əli Kərimlinin sürücüsü əfv olundu
Cəmiyyət

Əli Kərimlinin sürücüsü əfv olundu

27/05/2022
SON XƏBƏR
“İnstagram” fenomeni olan rus gözəli yenə göz qamaşdırır – FOTO

“İnstagram” fenomeni olan rus gözəli yenə göz qamaşdırır – FOTO

Abutalıbovun bağlatdırdığı "26-lar" kafesi yenidən açıldı (FOTO)

Abutalıbovun bağlatdırdığı "26-lar" kafesi yenidən açıldı (FOTO)

Azərbaycanlı aparıcıdan şok müsahibə: “İstərdim ki, evli kişi məni sevsin” – FOTO

Azərbaycanlı aparıcıdan şok müsahibə: "İstərdim ki, evli kişi məni sevsin" - FOTO

Xəbər lenti

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Azərbaycanda Müstəqillik Günü qeyd olunur

2022/05/28 01:00

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

Azərbaycanda benzinlə bağlı VACİB XƏBƏR

2022/05/27 21:40

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

6 milyonluq borca görə həbs edilən hotel sahibi də azad olundu

2022/05/27 20:54

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

Gəncə hadisələrinə görə məhkum olunan bu şəxslər əfv edildi- Siyahı

2022/05/27 20:30

Jurnalist Əfqan Sadıqov əfv olunub

Jurnalist Əfqan Sadıqov əfv olunub

2022/05/27 19:26

Əli Kərimlinin sürücüsü əfv olundu

Əli Kərimlinin sürücüsü əfv olundu

2022/05/27 19:23

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

Ömürlük məhkum edilən Şəmsi Səmədzadə əfv olundu

2022/05/27 19:03

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

Sabiq icra başçısı əfv sərəncamı ilə AZAD EDİLDİ

2022/05/27 18:56

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

Mehriban Əliyeva Ağalı kəndindən paylaşım edib – FOTO

2022/05/27 18:55

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

Təhsil İdarəsindən məktəbdə “Son zəng”ə görə pul yığılması iddiasına AÇIQLAMA

2022/05/27 18:48

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

Prezident İlham Əliyev əfv sərəncamı imzaladı – SİYAHI

2022/05/27 18:45

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

“7 ildir keçmiş iş yerimlə bağlı təhdid edilirəm”- Sevinc Qədirova danışdı

2022/05/27 18:35

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

Qəhrəman pilot döyüş günlərindən danışdı: “O jurnalistə deyin ki, təyyarə at deyil”

2022/05/27 18:22

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

İlham Əliyev Sarkisyan-Köçaryan cütlüyünə: “Niyə qaçmısınız dovşan kimi?”

2022/05/27 17:19

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

“Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”- Milli Məclisin deputatı

2022/05/27 17:15

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

Sabah Ərdoğan Azərbaycana gələcək, iki ölkə lideri Müstəqillik Gününü bərabər qeyd edəcək

2022/05/27 17:15

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

“Oğlum hələ evə gəlməyib, gələn kimi qurban kəsəcəm” – Səlim Müslümovun atası

2022/05/27 17:10

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “Bizim də bir çox tələblərimiz ola bilər”

2022/05/27 17:03

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək – 9150 manat ödəyib

2022/05/27 16:54

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

Rusiyanın ən varlı uşağı olan AZƏRBAYCANLI görün kimdir (FOTO)

2022/05/27 16:40

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

DƏHŞƏTLİ QƏTL! Azərbaycanlı kişi sevgilisinin üstündən maşınla KEÇDİ – FOTO

2022/05/27 16:29

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

Bakıda hücuma məruz qalan qız danışdı: Yolda gedərkən məni arxadan qucaqladı və … – VİDEO

2022/05/27 16:18

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

Azərbaycan Kubokunun finalı: Qurban Qurbanov Rəşad Sadıqova qarşı

2022/05/27 16:07

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

Atası tərəfindən işgəncələrə məruz qalan xəstə qızla bağlı MƏLUMAT – FOTO

2022/05/27 15:51

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Xəbərlərə abunə olun

No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • RU
  • EN

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.