Türkiyədə bıçaqlı şəxs insanlara hücum edib.
Musavat.com-un məlumatına görə, nəticədə 11 nəfər yaralanıb, onlardan 4-nün vəziyyəti ağırdı. Hadisə İstanbulun Kadıköy səmtində baş verib. Bıçaqlı şəxsin həbsxanadan qaçdığı bildirilir. Hadisə axşam saatlarında meydana gəlib. 30 yaşlı Ali Kardaş qəssab dükanına girərək 3 nəfəri bıçaqlayıb. Daha sonra fərari məhkum küçədə qarşısına çıxanları bıçaqlayıb.
Hadisə yerinə çox sayda təcili yardım maşını və polis gəlib. Yaralılar xəstəxanalara çatdırılıb, bıçaqlı şəxsin tutulması istiqamətində axtarışlar başlanıb. Daha sonra Ali Kardaş Yenisahra D100 yolunda ayağı qırıq halda tutulub.