Türkiyə Silahlı Qüvvələri İraqın Avaşin-Basyan, Zap bölgələrində və ölkə daxilində terrorçulara qarşı əməliyyat keçirib.
Axar.az xəbər verir ki, hücum zamanı PKK terror qruplaşmasının 8 üzvü məhv edilib.
Sərhəd bölgəsində terrorçulara qarşı əməliyyatların davam etdiyi bildirilib.