Melaniya Tramp üz dərisini dartdırma əməliyyatı etdirərsə, sizə deyərəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampla bağlı yayılan dedi-qodulara münasibət bildirərkən deyib.
“Məni tərk etməyib. Əgər belə bir şey olsaydı, sizi xəbərdar edərdim. Heç vaxt bu qədər mükəmməl münasibətlərə malik olmamışdıq. Onun səhhəti yaxşıdır. O, həyatının gizli qalmasını istəyir”, – deyə Ağ Ev rəhbəri bildirib.
Qeyd edək ki, təxminən 2 ay əvvəl M.Tramp böyrəyindən əməliyyat olunub və o zamandan bəri ictimaiyyətə görünməyib.