Hindistanın Gujarat şəhərindəuşağın üzərinə darvazanın aşması anı təhlükəsizlik kamerası ilə qeydə alındı.
Medianews.az xəbər verir ki, Hindistanda məktəb ərazisindən çıxıb getməyə çalışan iki uşaq bir anda aşan dəmir qapının aldında qaldı.
Xoşbəxtlikdən hadisə böyük bir faciə ilə nəticələnmədi. Lakin xəstəxanaya qaldırılan uşaqlardan birinin ayaq biləyində kiçik bir qırıq olduğu ortaya çıxdı. Vəziyyəti yaxşı olan uşaqların müalicəsi davam etdirildiyi haqqda məlumat verildi.
Medianews.az