Ukraynanın paytaxtı Kiyevdə Dvorets Sporta metro stansiyasında dəhşət dolu anlar yaşandı.
Medianews.az xəbər verir ki, macəra axtaran iki gəncin özlərini reyslərin üzərinə atması sərnişinlərin və maşinistin qorxu dolu anlar yaşamasına səbəb oldu.
Maşinist qatardan enərək nə olduğunu anlamağa çalışdı.
Qısa zamanda hər iki gəncin heç bir xəsarət almadan qatarın altından çıxarılmasına müvəffəq olundu.
Bu hadisə səfərlərdə gecikməyə səbəb olduğundan kütlə tərəfindən aqressiya ilə qarşılandı və sərnişinlər hər iki şəxsin cəzalandırılmasını tələb etdi. Hadisə anı bir sərnişin tərəfindən telefon kamerası ilə qeydə alındı.
Medianews.az sözü gedən videonu təqdim edir.