İmişlidə ağır qəza baş verib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyunun 25-də saat 13 radələrində İmişli şəhəri ərazisində rayon sakinləri Eltun Əmirovun idarə etdiyi “Mercedes” və Babək Əsədovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə B.Əsədov hadisə yerində ölmüş, 2 sərnişini, habelə E.Əmirov xəstəxanaya yerləşdirilib.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.