Türkiyədə keçirilən prezident seçkilərinə CHP-dən namizədliyini irəli sürən və 30,7% səslə ikinci olan Məhərrəm İncə mətbuat konfransı keçirib.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, konfransın əvvəlincə İncə zalda TRT əməkdaşlarının olub-olmaması ilə maraqlanıb.
Ona TRT çəkiliş heyətinin zalda əyləşdiyini bildiriblər. Bu zaman İncə TRT əməkdaşlarının zalı tərk etməsini istəyib:
“TRT-ni bayıra çıxarın. Mitinqlərimi işıqlandırmadınız, burada iştirak etməməlisiniz”.
Bundan sonra TRT əməkdaşları zaldan çıxarılıb.