Abşeron rayonunda piyadanı maşın vuraraq qaçıb.
1985-ci il təvəllüdlü rayon sakini Quliyev Samir Məmmədqulu oğlu Saray qəsəbəsində yolu keçərkən onu naməlum avtomobil vurub.
Daha sonra sürücü hadisə yerini tərk edib. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Report)