“Kanal D”də yayımlanan “Çocuklar duymasın” serialının Haluku Tamer Karadağlı serial haqqında maraqlı açıqlamalar verib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor serialın növbəti mövsüm də davam edəcəyini deyib: ” Türk insanı bu ailəni sevir. Çünki gerçəkliyə yaxındır. Gerçəkliyə yaxın olduğumuz üçün sevilirik. Gələn sezon da davam edəcəyik. Reytinqimiz yüksəkdir. Asanlıqda serialı bitirə bilmərik”.
Aktyor öpüşmə səhnələrinin müzakirə olunmasına da münasibət bildirib: “Keçən mövsüm öpüşmə səhnəsi oldu. Sərt reaksiya olmadı. Önümüzdəki sezon da bu cür səhnələr ola bilər. Arvadım deyil? Öpərəm. Bunlar ər-arvaddırlar”.