Türkiyəli aktyor Engin Altan Düzyatan motosiklet qəzasında həyatını itirən aktyor dostu Arda Özirinin ölümünə hələ də inana bilmədiyini deyib.
Medianews.az xəbər verir ki, Aktyor həyat yoldaşı Neslihan Alkoçlarla iftar yeməyindən sonra məkandan çıxarkən jurnalistlərin suallarına cavab verib. Aktyora “Diriliş Ertuğrul” serialında eyni kollektivdə yer alan Arda Özirinin ölümü ilə bağlı suallar ünvanlanıb.
Engin Altan Düzyatan Arda Öziri ilə həm də eyni sinifdə oxuduğunu deyib: “Canım dostuma Allahdan rəhmət diləyirəm, İtkimiz böyükdür. Hələ də inana bilmirəm. Çox üzgünəm”.
Medianews.az