Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews
Şəbnəm Tovuzlu: “Məni hər müğənniyə tay tutmayın!” - FOTOLAR

Şəbnəm Tovuzlu: “Məni hər müğənniyə tay tutmayın!” – FOTOLAR

TURAN
28/04/2018 17:47
1
BAXIŞ
FacebookTwitterTelegram

“Ölkə.Az” saytının növbəti qonağı tanınmış müğənni Şəbnəm Tovuzludur.

Şəbnəm Tovuzlu: “Məni hər müğənniyə tay tutmayın!” - FOTOLAR

-Şəbnəm xanım, geriyə dönüb baxanda atdığınız iri addımlar sizi hansı səmtə doğru apardı?

– Geriyə dönüb baxanda anlayıram ki, mən ağıllı xanım olmuşam, düzgün yolda olmuşam. Uşaqlıq etməmişəm, heç zaman peşman olacağım bir səhvə yol verməmişəm.

– Hislərin sizi aldatdığı məqamlar olubmu?

– Belə məqamlar olub. İnsan hərdən düşünür ki, gərək hansısa bir çılğınlığı etməzdim.

– Çılğın insansınız ki?

– Çox çılğınam.

– Çox əsəbi olanda nə edirsiniz?

– Ailəmdə heç kimə əsəbiləşmirəm. Məsələn, əgər həyat yoldaşıma hər hansı bir məsələdə sözümüz düz gəlmirsə,  səhv, ya da düz olmağımdan asılı olmayaraq susuram. Hətta əgər həyat yoldaşım da səhvdirsə, onda da susuram. Sonra özü gəlib səhv olduğunu etiraf edir və onu anladığım üçün təşəkkürünü bildirir.

– “Kişi sözü”nə çoxmu aldanmısınız?

– Nə həyatda, nə də sənətdə heç bir kişi sözünə aldanmamışam. Mənə sənətdə dəstək verən Tacir Şahmalıoğuluna indiyə qədər minnətdaram. Birinci həyat yoldaşımı sevməmişəm, ailəmin istəyi olub. Amma onları günahlandırmamışam. Qismətimdir, deyib keçmişəm. İkinci həyat yoldaşımı seçərkən də yanılmamışam.

Şəbnəm Tovuzlu: “Məni hər müğənniyə tay tutmayın!” - FOTOLAR

– İkinci həyat yoldaşınız ilə sevib ailə qurmusunuz?

– Əlbəttə, sevib ailə qurmuşam. Nə yaxşı ki, Allah onu mənim qabağıma çıxardıb.

– Sizə nəyi “haram” etdilər?

– Heç kim heç nəyi haram edə bilməz. Sadəcə olaraq, beş-on dəqiqəlik əsəbiləşdirə bilərlər.

– Ayağınızdan dartıb sizi hara çəkirlər?

– Məni çəkmək istəsələr də, alınmayacaq. Çünki onu etmək istəyən insanların niyyətini Allah bilir. Mə hər bir şeyə təmiz qəlblə və yaxşı tərəfdən baxıram. Ürəyimi çirkinliklərdən uzaq saxlamışam.

– Qorxduğunuz nə idi ki, o da başınıza gəldi?

– Sözün düzü, elə bir şey  olmayıb. Amma həmişə Allahdan istəyirəm ki, məni sevdiklərimlə sınağa çəkməsin.

– Gözünüzün önündən nə getmir?

– İlk dəfə 15 yaşımda biləndə ki, anam yaş yarımlığımda rəhəmət gedib və məni xalam saxlayıb çox pis reaksiya vermişdim. Onların üstünə qışqırmışdım. O peşmançılığı həmişə çəkirəm. Həmin səhnələr, ağlamaqlarım gözümün qabağından getmir. Hətta yadımdadır ki, həmin hadisədən üç gün sonra anam yuxuma girdi və mənə dedi ki, onların üstünə qışdıqrmaqla səhv etmisən. O gündən bu günə qədər çox istəmişəm ki anam yuxuma gəlsin, amma gəlməyib.

– Gəlsə, ona nə deyərsiniz?

– Sadəcə üzünü görmək istəyərdim.

– Gözünüzün saatın əqrəblərində qaldığı gün hansı gün olub?

– Hər gün (gülür). Hər saat zəng edirəm ki, gəlmirsən, gəlmirsən?! Qapıdan girəndə deyir ki, gəldim (gülürük).

– Qovursunuz, yoxsa qovulursunuz?

– Nə qovuram, nə də qovuluram.

– Yoldaşınızla ən çox nəyin üstündə mübahisəniz düşür?

– Qısqanclıqlar olur hərdən..

– Daha çox kim qısqanır?

– Mən daha çox qısqanıram, çünki özünə fikir verən bir insandır.

– Evdə əlini stola kim vurur?

– O vurur. İnanın mənə, Əlini də öyrədib artıq (gülür).

– Sizə əl qaldıran olubmu?

– Mənə indiyə qədər bir dəfə kişi silləsi dəyib. Onu da avtomibilini qaçırtdığım üçün atam vurub.

– Kişi məclislərinə gedirsinizmi?

– Heç bir kişi məclisinə getmirəm. Hətta nazirlərdən olub ki, bəzisi məni məclisində görmək istəyib, demişəm ki, mən kişi məclisinə getmirəm. İndiyə qədər heç bir toy təşkilatçısı deyə bilməz ki, Şəbnəm hansısa bir kişiylə əyləşib bir stəkan çay içib, ya çörək yeyib.

Şəbnəm Tovuzlu: “Məni hər müğənniyə tay tutmayın!” - FOTOLAR

– Bəzən deyirlər ki, Şəbnəm Tovuzlu, Damla, Üzeyir oxuya bilmirlər, zövqsüzdürlər və s. Bu fikirlərə münasibətiniz necədir?

– Düzdür, zövqlər müzakirə olunmur. Amma həmin fikirləri ortaya atanlara demək istəyirəm ki, mən konservatoriyada muğam dərsi almışam. İstənilən müğənni ilə çiyin-çiyinə muğam oxumağa səsim də var, ürəyim də. Məni sənətə dünən başlayan hər müğənni ilə bir tutmayın, onlar mənim tayım deyil. Onları özümə rəqib görmürəm. On ildir sənətdə can qoymuşam. Sabah müəllimim Qəzənfər müəllim çıxıb deməz ki, niyə muğam təhsili olan bir müğənnini savadı olmayan müğənnilərlə müqayisə edirsiniz? Müqayisə edəndə Tacir Şahmalıoğlu, Könül Kərimova, Nazənin, Gülay Zeynallı və s. kimi sözünü demiş sənətkarlara müqayisə edin. Mən camaatın zövqünü oxşayan mahnılar ifa edirəm. Tamaşaçılar da məni olduğum kimi sevirlər. Bu, mənim üçün nəyə desəniz, dəyər.

– Əsl ixtisasınız tibb bacısıdır. Niyə o sahə üzrə çalışmadınız?

– Həmin dövrdə 150 manat məvaciblə uşağımı saxlaya bilməzdim. Çox çətin idi. Ona görə də Allahın verdiyi istedaddan düzgün istifadə etdim və uşağıma halal çörək yedizdirdim.

– Şəbnəm Tovuzlunun gözündə kişi necə bir məfhumdur?

– Kişi ona demirəm ki, qadının arxasıyca danışsın, kişi ona demirəm ki, arvad qazansın, o yesin. Kişi ona deyərəm ki, hər cür əziyyətə qatlaşıb ailəsinə çörək aparsın. Kişi ona deyərəm ki, ən pis qadının haqqında da danışmasın.

– Kişi xəyanətini bağışlayarsınız?

– Bağışlayaram.

– Bəs mütəmadi olsa?

– Mütəmadi olsa, onun yanında olmaram. Amma şükürlər olsun ki, Allahım mənim dualarımı eşitdi və mənə pis vərdişlərdən uzaq olan, gözü kənarda olmayan bir insan yetirdi. Bir qadın kimi çox xoşbəxtəm.

Şəbnəm Tovuzlu: “Məni hər müğənniyə tay tutmayın!” - FOTOLAR

– Birinci həyat yoldaşınız sizə xəyanət edirdi?

– Mənim ondan ayrılmağıma səbəb bəlkə də elə ona olan inamsızlığım, ondan get-gedə soyumağım oldu. Xəyanət qığılcımları yarandı və bitirdim.

– Gözucu  hansı insanlara baxırsınız?

– Özünə, şəxsiyyətinə hörmət qoymayan insanlara salam da vermirəm.

– Yağışdan çıxıb yağmura düşdüyünüz anlar olubmu?

– Əslində pisi arxada qoyub yaxşıya doğru getmişəm həmişə.

– İndiki gənc qızların düşüncə və həyat tərzi sizi qane edirmi?

– Etmir, telefon və sosial şəbəkələr indiki gənc qızları, gəlinləri çox korlayıb, onların düşüncə tərzlərini dəyişib.

– Gözəllik “qurban” tələb edir, deyirlər. Bəs siz ay ərizndə nə qədər “qurban” verirsiniz? 

–  Sözün düzü, mən hansısa çox bahalı bir geyimi almaram. Kürkə müəyyən bir məbləğ verərəm, amma paltara yox.

DAHA ÇOX OXU

export

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09
export

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29
export

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43
export

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36
export

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20
export

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16
SON XƏBƏR

Əməkdar artistdən qalmaqallı sözlər: “Bahalı paltarımla yox, sənətimlə gündəmdəyəm”

Məktəbliləri gözləyən TƏHLÜKƏ - Valideynlər, mütləq OXUYUN!

Sabir Rüstəmxanlı rektorları topa tutdu: "Universitetlər şəxsi malikənələri deyil"

Xəbər lenti

Çorumda zəlzələ anı.. Vətəndaşlar özlərini ÇÖLƏ ATDILAR

06/02/2023 19:35

Xəstəxana binası qismən çökdü: Körpələr və anaları reanimasiyada çarəsiz vəziyyətdə – FOTO

06/02/2023 19:18

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09

Hacı Surxay başsağlığı verdi

06/02/2023 19:01

Süni zəlzələləri kimlər və necə yaradır? – Türkiyəyə qarşı tektonik silah işə düşdü?

06/02/2023 18:39

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək- VİDEO

06/02/2023 15:19

Türkiyəli media rəhbərindən ÇAĞIRIŞ: “Vəziyyət çox kritikdir, böyük köməyə ehtiyac var”

06/02/2023 14:58

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

06/02/2023 14:57

Oğlu dağıntılar arasında qalan atanın fəryadı-VİDEO

06/02/2023 14:45

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.