Rumıniya parlamenti Moldovaya birləşməklə bağlı niyyət deklarasiyası yayımlayıb.
Axar.az xəbər verir ki, bu barədə BBC Türkcə məlumat yayıb.
Deklarasiyada birləşmə qərarının Moldova xalqının arzusu ilə həyata keçəcəyi, Rumıniya xalqının isə artıq buna hazır olduğu bildirilib.
Bundan əlavə, iki ölkənin birləşmə qərarının hüquqa söykəndiyi də vurğulanıb.
Qeyd edək ki, rumınların “Böyük Rumıniyanın parçası” olaraq gördükləri Moldova sosialist inqilabı nəticəsində müstəqillik qazanmışdı.