Türkiyədə yeni yayımlanmağa başlayan “Mehmed bir Cihan Faftihi” serialında növbəti qalmaqal yaşanıb.
Medianews.az xəbər verir ki, bu dəfə serialda qadının başı açıq namaz qılması izləyicilər tərəfindən sərt tənqidlərə məruz qalıb.
Bundan əvvəl də serialın ilk bölümündə qadınlarıN sinə dekoltelərdə olması və onların “Tanrı sizi qorusun” deməsi müzakirələrə səbəb olmuşdu.
Daha sonra Osmanlı dönəmində metal qaşıqdan istifadə olunmadığı halda serialda qaşıqla yemək yeyilməsi tənqid olunmuşdu. Türkiyəli tarixçilər bu səhvi məntiq xətası adlandıraraq Osmanlı dönəmində metal qaşığın sonradan istifadə olunuduğunu demişdi.
İndi isə ən son serialda bir qadının başıaçıq şəkildə namaz qılması tənqidlərə məruz qalıb.
İzləyicilər bu cür səhnələrlə Türkiyənin tarixi və milli mənəvi dəyərlərinin təhrif edildiyini deyir. Son bölümdəki qadının başıaçıq namaz qılması sosial mediada da geniş müzakirələrə səbəb olub. İzlyicilər həmin səhnəni “Bu namaz səhnəsimi? yoxsa namazla zarafat səhnəsimi?” deyə şərh ediblər.
Medianews.az