“Məni bəzi adamlar sındırmaq istəyəndə Xoşqədəm mənə sahib çıxdı”
Hüquqşunas Şəfiqə Nağıyeva Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində maraqlı fikirlər səsləndirib.
Minval.İnfo xəbər verir ki, o, deyib ki, onu Şəfiqə Məmmədova edən Xoşqədəm Hidayət qızı olub:
“Əslində mən sizi atıb, getdim. Məni Şəfiqə Nağıyeva edən Xoşqədəm Hidayətqızı olub. Sonra məni bəzi insanlar məni sındırmaq istəyəndə siz mənə qucağınızı açdınız, dediniz ki, “Mən sənə dəstək olmağa həmişə hazıram”.