Tanınmış model-aparıcı Çağla Şikel vergidən yayındığı üçün 3 ildən 5 ilədək həbs olunması xəbərinə münasibət bildirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model İnstarqram hesabında yazıb:
“Hörmətli media nümayəndələri, mən bu günə qədər vergiləri vaxtında ödəyən verdi ödəyicisi olmuşam. Ancaq keçmiş mühasibim Erdal Doğan vergiləri azaldaraq, oğurluq edib. Bunu yalnız vergi orqanlarından xəbərdarlıq gələndə bildim. Haqqımda İstanbul Cümhuriyyət Baş Prokurorluğuna şikayət edilib. Ancaq bununla bağlı vəkillərim
lazımı işləri görür. xəbərsiz olduğum halda, mənə cəza kəsilməsi düzgün deyil. Buna görə çox rahatam. Bundan sonra vergi məsələləri ilə özüm məşğul olacam və vergiləri vaxtında ödəyəcəm”.
Qeyd edək ki, Şikel bir müddət əvvəl də 1 milyon lirəyədək (təxminən 500 min manat) vergi borcu ilə üzləşmiş, buna görə mühasibini günahlandıraraq ondan şikayət ərizəsi vermişdi. Modelin mühasibi Erdal Doğan hələ də axtarışdadır.