Qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərdə minatəmizləmə işlərini həyata keçirəndən xəbər var.
Musavat.com erməni mənbələrinə istinadən xəbər verir ki, Dağlıq Qarabağın minalardan təmizlənməsi işlərini rəsmi Bakının icazəsi olmadan həyata keçirən Britaniyanın “Halo Trust” təşkilatının əməkdaşları özləri minaya düşüblər. Hadisə nəticəsində ofisi Xankəndi şəhərində yerləşən təşkilatın əməkdaşları arasında ölənlər və yaralananlar var. Tə.kilatdan deyiblər ki, hazırda hadisə yerindədirlər və əlavə məlumat verə bilməyəcəklər.
Ancaq digər mənbələrə görə, hadisə Ağdərə rayonu ərazisində baş verib və ölənlərin sayı 3 nəfərdir. Daha 2 nəfər isə ağır yaralanıb. Son məlumata görə, hadisə “Niva” markalı avtomobilin minaya düşməsi nəticəsində baş verib.