Aktyor Şon Pen qonaq olduğu verilişlərdən birində maraqlı açıqlama verib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcının “Madonna, yoxsa Britni Spirs” sualına aktyor “Ah, mən birinci arvadımı necə də çox sevirəm” deyə cavab verib.
Xatıqladaq ki, 2016-cı ildə Madonna da müsahibələrindən birində Şonu hələ də sevdiyini və onunla yenidən ailə qurmağa razı olduğunu bildirib.
Qeyd edək ki, cütlük 1985-89-cu illərdə evli olub.