ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Angela Merkel ilə telefon danışığı aparıb.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
Söhbət zamanı tərəflər Rusiya prezidenti Vladimir Putinin yeni nüvə silahlarının istehsalı ilə bağlı son bəyanatlarını müzakirə ediblər.
“Tərəflər razılığa gəliblər ki, Vladimir Putinin nüvə silahlarının inkişafı ilə bağlı bəyanatları Rusiya ilə Qərb arasında bir sıra müzakirələrə son qoyur”, məlumatda deyilir.