“Qarabağ”ın “Atletiko” ilə Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi görüş qardaş ölkə Türkiyədə də böyük maraqla izlənilib.

 

Axar.az xəbər verir ki, Türkiyənin “Tivibuspor” kanalı da “Qarabağ”ın tarixi uğuruna biganə qalmayıb. Belə ki, “Çempionlar Ekranı” verlişində “Qarabağ”ın günü-gündən inkişaf etdiyi, uğurlarının artdığı bildirilib.

 

“Atletiko” kimi güclü komanda ilə görüşdə əldə edilən nəticə böyük uğur kimi qələmə verilib.