Keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşlığından da məhrum ediləndən sonra vətəndaşlığı olmayan şəxs statusuna düşüb.
Saakaşvili gün ərzində Polşadan Ukraynaya gələn qatarla Ukraynaya daxil olmağa çalışsa da, Ukrayna prezidenti Poroşenko onu buraxmamaq üçün bütün qatarı sərhəddə saxlatdırıb. Musavat.com xəbər verir ki, M.Saakaşvilini vətəndaşlıqdan çıxarıldığı Ukraynaya buraxmasalar da, o, sərhəddə çıxış edərək bu olaya etirazını bildirib. Saakaşvili üzünü sərhəddə dayanan əsgərlərə tutaraq, onlara pozulan hüquqlarını, hakimiyyətdə oturanların isə xalqı necə talan etdiyini bildirib. Bu çıxışdan bir qədər sonra isə Saakaşvili tərəfdarları ilə sərhədçilərin canlı divarını dağıdaraq Ukraynaya keçib.
Musavat.com M.Saakaşvilinin sərhəddəki çıxış videosunu təqdim edir.