“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov övladları ilə birgə şəklini paylaşıb.

BAKU.WS-in məlumatına görə, iş adamı oğlu və qızları ilə istirahətdə olduğu görünür. İş adamının 3 övladı var.

Qeyd edək ki, M. Mənsimov hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var.

Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir.

Mübariz Mənsimov övladları ilə bir arada (FOTO)