Ukraynanın paytaxtı Kiyevdə “Eurovision – 2017” beynəlxalq mahnı yarışmasının ikinci yarımfinalı keçirilib.
Musavat.com bildirir ki, yarımfinalda 18 ölkə işitirak edib. Artıq onların arasında finala vəsiqə alan ölkələrin siyahısı məlum olub. Bunlar İsrail, Rumıniya, Niderland, Macarıstan, Xorvatiya, Bolqarıstan, Avstriya, Danimarka, Belarusiya, Norveçdir.
Qeyd edək ki, mayın 9-da keçirilən ilk yarımfinalda Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçika finala vəsiqə almışdı. Bu il yarışmaya ev sahibliyi edən Ukrayna, Fransa, İtaliya, İspaniya və Böyük Britaniya isə finala birbaşa vəsiqə alan ölkələrdir. Beləliklə mayın 13-də keçiriləcək finalda 25 ölkə mübarizə aparacaq. Ölkəmizi Diana Hacıyeva “Skeletona” mahnısı ilə təmsil edir.