Türkiyənin Zonquldaq rayonundan 14 yaşlı qızı zorlamaq ittihamı ilə mühakimə olunan 28 yaşlı Gökhan A. özünü “İmam nikahına girdikdən sonra intim əlaqə qurduq” deyərək müdafiə etməyə çalışıb.
Milli.Az xəbər verir ki, məhkəmənin qərarı ilə təqsirkara 16 il 8 ay həbs cəzası kəsilib.
Şübhəlinin vəkili onun N.B. ilə birlikdə çəkilən səmimi fotolarını və Whatsapp mesajlarını məhkəməyə dəlil olaraq təqdim edib. Amma bu belə Gökhana ağır cəzadan xilas olmağa kömək etməyib.