ŞOK: ATV-nin

ATV telekanalında yayımlanan “Yoxlama” verilişi 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olub.

BAKU.WS xəbər verir ki, “Yoxlama” verilişinin aparıcı Azər İsmayılov Xətai rayonu Zaur Məmmədov adına 171 saylı məktəbdə olub və məktəb rəhbərliyinin razılığı olmadan çəkiliş aparıb. Çəkiliş yayımlandıqdan sonra məktəb direktoru Telman Qardaşovun səhhətində problem yaranıb. Vəziyyəti ağırlaşan direktor dünyasını dəyişib.

Xatırladaq ki, yanvarın 11-də ATV-nin yoxlama verilişi sözügedən məktəbdə yoxlama aparıb və ciddi nöqsanlar aşkar edib.